Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikası xarici ölkələrlə 58,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Bu barədə NTV-yə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 20,3 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 5,9 milyon ABŞ dolları ixracın, 52,9 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,3 %, idxal isə 20 % artıb.
Son nəticədə xarici ticarətdə 47 milyon ABŞ dolları mənfi saldo yaranıb. Bu isə illik müqayisədə 19,6 % çoxdur.
