Küveytin Mülki Aviasiya Baş İdarəsi İranın zərbələri səbəbindən hava nəqliyyatının müvəqqəti dayandırılmasından sonra uçuşların bərpa olunduğunu və ölkənin hava məkanının yenidən açıldığını elan edib.
NTV xəbər verir ki, bu barədə Küveytin KUNA xəbər agentliyi məlumat yayıb. Mülki Aviasiya Baş İdarəsinin açıqlamasında bildirilib ki, qabaqlayıcı təhlükəsizlik tədbirlərinin tətbiqini zəruri edən səbəblər aradan qalxdıqdan sonra Küveyt hava məkanında hava hərəkəti normal rejimdə davam etdirilir.
Qeyd olunub ki, bundan əvvəl İranın zərbələri ilə əlaqədar ölkənin hava məkanı müvəqqəti bağlanmış, gələn reyslər isə alternativ hava limanlarına yönləndirilmişdi.
