satellite   Azerspace-1: 11135 H 30000

Avstraliya müttəfiqlərinə Hörmüz boğazında kömək edəcək

Avstraliya müttəfiqlərinə Hörmüz boğazında kömək edəcək

Avstraliya Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün hərbi missiyada iştirak edəcək.

NTV  xəbər verir ki, bu barədə Avstraliya və Böyük Britaniyanın xarici işlər və müdafiə nazirlərinin birgə bəyanatında bildirilib.

"Nazirlər böhran zamanı Yaxın Şərqdəki mülki şəxsləri qorumaq üçün tərəfdaşlara müdafiə dəstəyi göstərməkdə Böyük Britaniya və Avstraliyanın rolunu vurğulayıblar", - deyə məlumatda qeyd olunub.

Avstraliya tərəfi tərəfdaşlarını regiona Hərbi Hava Qüvvələrinə məxsus "E-7A Wedgetail" təyyarəsi göndərməklə, eləcə də qabaqcıl orta mənzilli hava-hava raketləri ilə dəstəkləmək niyyətindədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM