satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 15 %-dən çox artıb

Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 15 %-dən çox artıb

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında əsas kapitala 64,75 milyon manat vəsait yönəldilib.

Bu barədə NTV-yə  Naxçıvanın Nazirlər Kabinetindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 % çoxdur.

Ötən 5 ayda investisiya qoyuluşunun 35,6 %-i məhsul istehsalı sahələrinə, 19,8 %-i xidmət sahələrinə, 44,6 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala vəsait qoyuluşunun 54,5 milyon manatı və yaxud 84,1 %-i tikinti-quraşdırma işlərinin payına düşmüşdür ki, bu da 1 il əvvələ nisbətən 55 % çoxdur.

Xatırladaq ki, 5 ay ərzində Azərbaycanda əsas kapitala 6 milyard 650,1 milyon manat investisiya yönəldilib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,1 % azdır.

Son 1 ildə qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu 14,7 % azalaraq 4 milyard 98,2 milyon manat təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM