satellite   Azerspace-1: 11135 H 30000

Elnur Soltanov: "Enerji şəbəkəsinin modernləşdirilməsi üçün 500 milyon dollar tələb olunur"

Elnur Soltanov: "Enerji şəbəkəsinin modernləşdirilməsi üçün 500 milyon dollar tələb olunur"

Azərbaycanda enerji şəbəkəsini modernləşdirmək üçün təxminən 500 milyon ABŞ dollar xərclənməlidir.

NTV xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov "Dayanıqlılıq və Enerji Transformasİyası" mövzusunda Bakıda keçirilən "Technovation" Forumunda bildirib.

Onun sözlərinə görə, bərpa olunan enerji ətraf mühit üçün faydalı olsa da, təbii qazı əvəz etsə də, lakin eyni zamanda bahadır: "Biz iki giqavat bərpa olunan enerji istehsal etmək niyyətindəyik. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti hazırda bu sahədə strateji tərəfdaşımızdır. 2027-ci ilə qədər Azərbaycanın 2 giqavat bərpa olunan enerjisi olacaq. Bu böyük bir hadisədir. Mingəçevirdə həyata keçirilən layihələrlə birlikdə, orada 2,4 giqavat gücündə Azərbaycandakı ən böyük elektrik stansiyası mövcuddur. Burada sovet dövründən qalmış qaz turbinlərini yeniləri ilə əvəz etdik".

O qeyd edib ki, artıq bu stansiyanın səmərəliliyi 30 % artıb: "2027-ci ilə qədər inşa edilən bu iki giqavat, üstəlik Mingəçevirdəki modernizasiyası təxminən 1,5 milyard kubmetr təbii qaza qənaət edəcək. Biz müəyyən mənada, sanki yeni "Abşeron" qaz yatağını kəşf etdik. Bu iki giqavat bərpa olunan enerjini şəbəkə sisteminə inteqrasiya etmək üçün xərclər çox böyükdür.

Nazir müavini qeyd edib ki, təbii qazın böyük alternativ dəyəri var: "Bu qazı Avropa bazarlarına daha yüksək qiymətlərlə ixrac edə və sonra bu gəliri ölkə iqtisadiyyatına qaytarmaq olar: "Xüsusilə bərpa olunan enerji mənbələri istiqamətində enerji balansını artırmaq bizim üçün iqtisadi cəhətdən məntiqli idi. Bu, şübhəsiz ki, ətraf mühit üçün faydalı idi".

E. Soltanov əlavə edib ki, şəbəkələr çox həssas texnoloji möcüzələrdir, bunun üçün də onlarla çox ehtiyatlı davranmaq lazımdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM