satellite   Azerspace-1: 11135 H 30000

Oman sahillərində tankerdə yanğın baş verib

Oman sahillərində tankerdə yanğın baş verib

Oman sahillərində tankerin mühərrik otağında yanğın baş verib.

NTV  xəbər verir ki, bu barədə Böyük Britaniyanın Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Nəqliyyatı Əməliyyatları Mərkəzi məlumat yayıb. Bildirilib ki, hadisə Omanın Sohar şəhərindən təxminən 21 dəniz mili şimal-şərqdə qeydə alınıb.

Məlumata əsasən, yanğınla bağlı ətraf mühitə zərər dəyməyib, lakin hadisə “şübhəli fəaliyyət” kimi qiymətləndirilib.

Qeyd edək ki, bir gün əvvəl də Suxar yaxınlığında oxşar hadisə baş vermişdi. Həmin insident zamanı tankerdə yanğın nəticəsində bir nəfər ölmüş, iki nəfər isə itkin düşmüşdü.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM