satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib

Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib

Qazaxıstanın Çimkənd şəhərində 2026-cı ilin ilk beş ayı ərzində 475 nəfər gənə dişləməsi ilə bağlı tibbi yardım alıb.

NTV xəbər verir ki, bu barədə ölkənin “Kazinform” agentliyi məlumat yayıb. Şəhər rəsmiləri Krım-Konqo hemorragik qızdırması hallarının qeydə alınmadığını bildiriblər. Hadisələrin əksəriyyəti vətəndaşların açıq ərazilərdə istirahəti və kənd təsərrüfatı fəaliyyəti zamanı baş verib.

Bölgədə profilaktik tədbirlər gücləndirilib. 4,6 milyon kvadratmetr ərazi dezinfeksiya olunur və 152 mindən çox heyvanın emalı planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM