satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda Eluca Atalının kitab təqdimatı keçirilib - FOTOLAR

Naxçıvanda Eluca Atalının kitab təqdimatı keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda Eluca Atalının kitab təqdimatı keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda Eluca Atalının kitab təqdimatı keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda Eluca Atalının kitab təqdimatı keçirilib<font color=red> - FOTOLAR</font>

 

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında İsveçdə yaşayan azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş keçirilib. Görüşdə yazıçının yaradıcılığı və yeni nəşr olunan kitabları müzakirə olunub.   Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Tamella Əsgərova Eluca Atalının ədəbiyyata gətirdiyi fəlsəfi-bədii-miniatür janrından, onun fərdi yaradıcılıq üslubundan və Azərbaycançılıq ideologiyasının təbliğindəki fəaliyyətindən bəhs edib.   Tədbirdə çıxış edən Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Yadigar, kitabxana əməkdaşları və tələbələr yazıçının “Ənqa quşu”, “Uzaq səfərin qəribə sonluğu”, “Odunçunun nağılı”, “İran Hizbullah zindanında” kimi əsərləri haqqında fikirlərini bölüşüb, onun türk dünyası və milli-mənəvi dəyərlərə verdiyi önəmi vurğulayıblar.   Görüşdə iştirakçılar Eluca Atalıya suallar ünvanlayıb, müəllif onlara cavab verib və yeni nəşr olunan kitablarını kitabxanaya hədiyyə edib.   Fariz Əhmədov Naxçıvan televiziyasının baş redaktoru    

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM