satellite   Azerspace-1: 11135 H 30000

Ali Məclisin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Ali Məclisin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

NTV xəbər verir ki, aprelin 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin iclası keçirilib.

 

Komitə sədri Emin Şıxəliyev gündəlikdə duran məsələni - Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatını diqqətə çatdırıb.

 

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Aparatının Qanunvericilik və proqramların icrasına nəzarət şöbəsinin müdiri Zakir Məmmədov və İqtisadiyyat şöbəsinin əməkdaşı Elnur Əliyev hesabat layihəsi haqqında məlumat veriblər.

 

Gündəlikdə duran məsələ ətrafında müzakirələr aparıldıqdan sonra İqtisadi siyasət komitəsinin rəyi oxunub, “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı” irad və təkliflər nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə tövsiyə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM