satellite   Azerspace-1: 11135 H 30000

Bu il Bakıda Azərbaycan-Belarus hökumətlərarası komissiyanın iclası keçiriləcək

Bu il Bakıda Azərbaycan-Belarus hökumətlərarası komissiyanın iclası keçiriləcək

Bu il Bakıda Azərbaycan və Belarus arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək.

NTV  xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç Azərbaycanın media nümayəndələri ilə görüşü zamanı bildirib.

"Mən Azərbaycanda unikal qardaşlıq və dostluq mühitini tam hiss etdim. Gəncə və Ağdama səfər etmək və Azərbaycanın müasir tarixi ilə tanış olmaq nəsib oldu", - deyə bu yaxınlarda Bakıda diplomatik fəaliyyətə başlayan səfir bildirib.

Qeyd edək ki, layihə Ağdam rayonunda 420 ailə üçün yaşayış məntəqəsinin salınmasını nəzərdə tutur. Qarabağ iqtisadi rayonunda aqroşəhərciyin inşası təşəbbüsü Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana 2024-cü ilin mayında Azərbaycana dövlət səfəri zamanı Belarus tərəfindən təklif edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM