Bu ilin yanvar-iyun aylarında Azərbaycan 7,1 milyon ABŞ dolları dəyərində 4 min 90 ton günəbaxan toxumu idxal edib.
NTV-nin Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 32 %, kəmiyyət olaraq – 34 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 3,42 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 3,8 dəfə çoxdur) 1 min 877 ton (+4 dəfə), Türkiyədən 2 milyon ABŞ dolları dəyərində (-40 %) 1 min 251 ton (-31 %), Qazaxıstandan 693 min ABŞ dolları dəyərində 334,5 ton (1 il əvvəl tədarük olmayıb), Özbəkistandan 501,4 min ABŞ dolları dəyərində (+3 dəfə) 237,5 ton (+2,7 dəfə), Rusiyadan 338,2 min ABŞ dolları dəyərində (-17 %) 363,9 ton (-22 %) məhsul alıb.
Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Avstriyadan (1,31 min ABŞ dolları dəyərində 0,13 ton) və Uqandadan (0,4 min ABŞ dolları dəyərində 0,07 ton) həyata keçirilib.
