satellite   Azerspace-1: 11135 H 30000

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 14,8 faiz artıb

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 14,8 faiz artıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

DVX-dən NTV-yə bildirilib ki, indiyədək ölkə ərazisində 116 min 55 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

Cari ilin yanvar-avqust aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 20 milyard 424,1 milyon manat olub ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard 638,9 milyon manat, yaxud 14,8 faiz çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM