satellite   Azerspace-1: 11135 H 30000

Pambıq sahələrində quraşdırılan damcı suvarma sistemi üçün əlavə dəstək veriləcək

Pambıq sahələrində quraşdırılan damcı suvarma sistemi üçün əlavə dəstək veriləcək

Pambıq üzrə məhsul subsidiyası istifadə olunan suvarma texnologiyasına uyğun diferensiallaşdırılıb.

NTV xəbər verir ki, ənənəvi suvarmada subsidiya 200 manat/ton, sprinkler və pivot suvarmada 215 manat/ton, damcı suvarmada isə 300 manat/ton müəyyən edilib.

Qeyd edək ki, Aqrar Subsidiya Şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib. Qərara görə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, emal və ixrac yönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, eləcə də ölkənin ərzaq təminatının gücləndirilməsi hədəflərinə uyğun olaraq yeni subsidiya mexanizmləri və subsidiya şərtlərində dəyişikliklər təsdiq edilib. Yeni qərarla bitkiçiliklə yanaşı, heyvandarlıq və balıqçılıq sahələrində də bir sıra yeni subsidiyalar tətbiq olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM