Fəaliyyətə başladığı tarixdən bu ilin iyul ayınadək Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən "Mişni" kiçik su elektrik stansiyasında (KSES) 64,3 milyon kVt/saat, "Alxaslı" KSES-də isə 42,2 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Bu barədə NTV-e Energetika Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, 25 avqust 2023-cü il tarixində Laçında Hoçaz çayı üzərində 8,25 MVt gücündə "Mişni" və 6 MVt gücündə "Alxaslı" KSES istismara verilib.
