satellite   Azerspace-1: 11135 H 30000

“Citigroup” qızılın qiyməti ilə bağlı proqnozunu artırıb

“Citigroup” qızılın qiyməti ilə bağlı proqnozunu artırıb

Qarşıdakı üçaylıq müddətdə qızılın bir troya unsiyasının qiyməti 4800 dollar olacaq.

NTV xarici mediaya istinadla xəbər verir ki, bu proqnozla ABŞ-nin üçüncü böyük bankı olan “Citigroup”un analitikləri çıxış ediblər.

Analitiklər üçaylıq dövr üçün qızılın qiyməti ilə bağlı proqnozu artırıb, bunu son spekulyativ impulsla əlaqələndiriblər. Lakin rallinin davamlı olması üçün fiziki tələbin də buna cavab verməli olduğu bildirilib.

“Citigroup” Hörmüz böhranının həll olunacağı, ABŞ-də faiz dərəcələrinin düşəcəyi və FED-in daha az sərt mövqe tutacağı gözləntilərini əsas gətirərək, 6-12 aylıq dövr üçün qızıl qiyməti ilə bağlı qiymət hədəfini bir troya üçün 5000 dollar səviyyəsində saxlayıb.

“Bloomberg Intelligence” isə qızılın qiymətinin 2027-ci ilin əvvəlində və ya ortalarında 5000 dollara çatacağını proqnozlaşdırır.

Qeyd edək ki, qızılın qiyməti ABŞ-nin maliyyə siyasəti və zəifləyən dollarla bağlı narahatlıqlar, istiqraz bazarına müdaxilə fonunda üç aydan çox müddətdə ən yüksək səviyyəyə çatıb. Qızılın qiyməti səhər saatlarında 1 faizə qədər artaraq 4700 dollara çatıb ki, bu da may ayının ortalarından bəri ən yüksək səviyyə idi. Hazırda qiymət 4650 dollar civarındadır. Qızılın qiyməti ötən həftə ərzində isə 7 faizdən çox artıb.

Qeyd edək ki, iyulda qızılın qiyməti son 5 ayda ilk dəfə aylıq artım tempi nümayiş etdirib.

Qızıl ənənəvi olaraq inflyasiyaya qarşı hedcinq kimi qəbul edilsə də, yüksək faiz dərəcəsi mühitində cəlbediciliyini itirir, çünki heç bir gəlir gətirmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM