satellite   Azerspace-1: 11135 H 30000

"Bitcoin"in qiyməti 81 min dollara yaxınlaşıb

"Bitcoin"in qiyməti 81 min dollara yaxınlaşıb

Kriptovalyuta bazarında son sutka ərzində bahalaşma davam edib.

NTV “CoinMarketCap”a istinadən xəbər verir ki, “Bitcoin” son 24 saatda 4,88% bahalaşaraq 80 749,35 ABŞ dollarına yüksəlib.

“Ethereum” sutka ərzində 2,79% artaraq 2 503,83 dollara, BNB 2,82% bahalaşaraq 716,58 dollara çatıb.

Digər əsas kriptovalyutalardan “Zcash” 2,85%, “Monero” 5,93%, “Bitcoin Cash” 3,24%, “Bittensor” isə 3,08% bahalaşıb.

Qızıl əsaslı kriptovalyutalarda isə cüzi ucuzlaşma qeydə alınıb. “PAX Gold” (PAXG) son sutkada 0,15% ucuzlaşaraq 4 631,24 dollara, “Tether Gold” (XAUT) isə 0,15% azalaraq 4 620,02 dollara enib.

Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 3,88% artaraq 2,71 trilyon dollara yüksəlib.

Analitiklərə görə, bazarda yüksəlişə ABŞ dollarının zəifləməsi, spot “Bitcoin” ETF-lərinə vəsait axını və ABŞ-da kriptovalyutaların tənzimlənməsi ilə bağlı müsbət gözləntilər dəstək verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM