satellite   Azerspace-1: 11135 H 30000

Ölkənin bəzi yerlərində yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA

Ölkənin bəzi yerlərində yağıntılı hava müşahidə olunur <font color='red'> - FAKTİKİ HAVA</font>

Azərbaycanda bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə NTV-yə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub. Bakıda və Abşeron yarımadasında 30 mm-dək yağıntı qeydə alınıb ki, bu da aylıq normanın 133 %-ni təşkil edir.

Respublikanın rayonlarında düşən yağıntının miqdarı Xızıda 23, Astarada 18, Qobustanda 17, Ağdamda 14, Sabirabad, Lənkəran və Şamaxıda 10, Xaltan, Tərtər və Lerikdə 9, Zərdabda 8, Kürdəmirdə 7, Şirvanda 4, Yardımlıda 3, Qax (Sarıbaş), Xınalıq, Quba, Göyçayda 2, Cəbrayıl, Bərdə, Qusar, Qrız, Oğuz, Şəki (Kişçay), Biləsuvar, Naftalan, Balakən, Zaqatala, Gəncə, Goranboy, Daşkəsən, Göygöl, Yevlax, Ordubad, Beyləqan, İmişli, Şahdağ, Şabranda 1 mm-dək olub.

Müşahidə olunan küləkli hava şəraiti sentyabrın 8-i səhər saatlarından tədricən zəifləyərək 8-13 m/s-yə çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM