Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
NTV xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
"Hyundai" markalı minik avtomobili yolu keçmək istəyən yaşlı qadını vurub.
Qadın ağır vəziyyətdə Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
