satellite   Azerspace-1: 11135 H 30000

Biləsuvarda şəhidlərin xatirə turnirində 300-dən çox güləşçi mübarizə aparıb - FOTOLAR

Biləsuvarda şəhidlərin xatirə turnirində 300-dən çox güləşçi mübarizə aparıb<font color=red> - FOTOLAR</font> Biləsuvarda şəhidlərin xatirə turnirində 300-dən çox güləşçi mübarizə aparıb<font color=red> - FOTOLAR</font>

Ötən həftə Biləsuvarda Vətən müharibəsi şəhidləri İqbal Astanlı və Babək Mahmudlunun xatirəsinə həsr olunmuş turnir keçirilib.

Azərbaycan Güləş Federasiyasından NTV-yə bildirilib ki, yarışda 330-dan artıq güləşçi mübarizə aparıb. U-15 yaş qrupu üzrə keçirilən turnirdə yunan-Roma güləşi üzrə Aqil Abbasov (38 kiloqram), Hacı Hüseynzadə (41 kiloqram), Fərid Ağayev (44 kiloqram), Azər Hüseynov (48 kiloqram), Emin Salmanov (52 kiloqram), Yusif Məmmədov (57 kiloqram), Asiman Məmmədov (62 kiloqram), Murad Novruzzadə (68 kiloqram), Anar Hüseynli (75 kiloqram) və İsmayıl Məmmədov (85 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Sərbəst güləş üzrə isə Məhəmməd Həsənli (38 kiloqram), Hüseyn Nuruzadə (41 kiloqram), Lətif Hüseynov (44 kiloqram), Mansur Akiykulu (48 kiloqram), Əkbər Haqverdiyev (52 kiloqram), Ramal Süleymanlı (57 kiloqram), İsmayıl Əlizadə (62 kiloqram), Kamil Bədəlov (68 kiloqram), Nuran Həsənli (75 kiloqram) və Cavid Əliyev (85 kiloqram) çempion olublar.

Qeyd edək ki, yarışda fərqlənən güləşçilər U-15 yaş qrupu üzrə milli komandalara cəlb olunacaq və təlim-məşq toplanışlarında iştirak edəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM