17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovanın U-17 yığması ilə beynəlxalq yoldaşlıq turniri çərçivəsində ilk oyununu keçirib.
AFFA-dan NTV-yə bildirilib ki, Kişineu şəhərində yerləşən “Technical Center of FAM”da keçirilən qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan millisi turnir çərçivəsində daha iki oyun keçirəcək. Komanda sentyabrın 9-u Bakı vaxtı ilə saat 14:30-da Moldovanı U-18, sentyabrın 11-i isə eyni saatda Latviyanı U-17 seçməsi ilə qarşılaşacaq. Hər iki oyun Kişineu şəhərində yerləşən “Technical Center of FAM”da keçiriləcək.
