Futbol üzrə Azərbaycan milli komandasının yoldaşlıq görüşü çərçivəsində Tacikistanla, həmçinin UEFA Millətlər Liqası çərçivəsində Lixtenşteyn və Litva yığmaları ilə görüşlərinin biletləri satışa çıxarılıb.
AFFA-dan NTV-yə bildirilib ki, biletlərin qiymətləri 3-40 manat arasında dəyişir.
Qeyd edək ki, Ayxan Abbasovun baş məşçqisi olduğu kollektiv sentyabrın 23-də saat 20:00-da “Palms Sports Arena” stadionunda Tacikistan millisi ilə yoldaşlıq görüşündə qarşılaşacaq. Yığma oktyabrın 1-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Lixtenşteyn, oktyabrın 4-də saat 17:00-da isə “Palms Sports Arena”da Litva millisi ilə üz-üzə gələcək.
Oyunlara bilet satışı iticket.az vasitəsi ilə həyata keçirilir.
