satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan çempionatlarında son 21 mövsümün qol rekordu qeydə alınıb

Azərbaycan çempionatlarında son 21 mövsümün qol rekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasının IV turunda 26 qol vurulub.

NTV Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Sabah” – “Zirə” (5:0), “Kəpəz” – “Şamaxı” (1:4), “Neftçi” – “Şəfa” (4:1), “Qarabağ” – “Araz-Naxçıvan” (3:2) qarşılaşmalarının hərəsində 5 qol qeydə alınıb. “Qəbələ” – “İmişli” və “Turan Tovuz” – “Sumqayıt” (hər ikisi 2:1) matçlarında isə 3 top vurulub.

Turda orta məhsuldarlıq 4,33-ə bərabər olub. Bu, təkcə cari deyil, son 6 mövsümün rekordudur.

Daha yüksək göstərici sonuncu dəfə 2020/2021-ci illər mövsümündə qeydə alınıb. 2020-ci il noyabrın 21-23-də keçirilmiş X turun 4 qarşılaşmasında 19 qol vurulub. Orta məhsuldarlıq 4,75-ə bərabər olub.

Ümumi qol sayında isə bu göstərici son 21 mövsümün rekordudur. 2005/2006-cı illər mövsümünün XXVI turunda 27 qol vurulub. 2006-cı il mayın 29-30-da 7 görüşdə orta göstərici 3,86 olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM