satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan idmançısı boccia üzrə dünya çempionatında tarixi uğura imza atıb

Azərbaycan idmançısı boccia üzrə dünya çempionatında tarixi uğura imza atıb

 

Cənubi Koreyanın paytaxtı Seulda boccia üzrə dünya çempionatı başa çatıb.

Milli Paralimpiya Komitəsindən NTV-yə verilən məlumata görə, BC2 kateqoriyasında mübarizə aparan Sona Ağayeva bürünc medal qazanıb.

İdmançı dünya reytinqinin 3-cü pilləsində qərarlaşan cənubi koreyalı Ahyonq Çoi üzərində qələbə qazanaraq fəxri kürsüyə qalxıb.

Bu, boccia idman növündə Azərbaycan paralimpiya hərəkatında Avropa və dünya çempionatlarında qazanılmış ilk medal kimi tarixə düşüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM