satellite   Azerspace-1: 11135 H 30000

"Çelsi" Argentina millisinin qapıçısı Emiliano Martinesin transferini açıqlayıb

"Çelsi" Argentina millisinin qapıçısı Emiliano Martinesin transferini açıqlayıb

Argentina millisinin qapıçısı Emiliano Martines İngiltərənin "Çelsi" klubuna transfer olunub.

NTV London təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 33 yaşlı qolkiperlə 2028-ci ilə qədər müqavilə bağlanılıb.

2020-ci ildən "Aston Villa"da çıxış edən təcrübəli oyunçu bu komandanın heyətində 256 matçda meydana çıxıb, 305 qol buraxıb və 80 oyunda qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu və ikiqat Amerika Kubokunun qalibi olan qapıçının dəyəri "Transfermarkt" portalında 10 milyon avro qiymətləndirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM