satellite   Azerspace-1: 11135 H 30000

Məşhur futbolçular Portuqaliya klubunun səhmlərini satın alıblar

Məşhur futbolçular Portuqaliya klubunun səhmlərini satın alıblar

Almaniya millisinin sabiq futbolçuları Tomas Müller, Mats Hummels və İsveçrə yığmasının qapıçısı Yan Zommerin də daxil olduğu investorlar qrupu Portuqaliyanın “Eştrela” klubunun səhmlərinin 90 faizini satın alıb.

NTV “Record” nəşrinə istinadən xəbər verir ki, sövdələşmənin dəyəri 40 milyon avro təşkil edib. Bu, Portuqaliya futbolunda ictimai idman şirkəti ilə bağlı ən böyük satınalma kimi qiymətləndirilir.

“Eştrela”nın əvvəlki sahibi klubu 2020-ci ildə 72 000 avroya almışdı. Həmin vaxt komanda III divizionda çıxış edirdi.

Klub 2023/2024-cü illər mövsümündə ölkə çempionatının yüksək divizionuna qayıdıb. Bununla belə, “Eştrela”nın maliyyə vəziyyəti ağır olaraq qalır. Klubun borcunun 25 milyon avronu keçdiyi bildirilir.

Qeyd edək ki, Tomas Müller və Mats Hummels 2014-cü ildə Almaniya ilə dünya çempionu olublar. Yan Zommer isə “Bavariya” və “İnter”də çıxış edib, İsveçrə millisinin heyətində iki dünya və üç Avropa çempionatında mübarizə aparıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM