satellite   Azerspace-1: 11135 H 30000

Bundesliqa: “Bavariya” böyük hesablı qələbə qazanıb

Bundesliqa: “Bavariya” böyük hesablı qələbə qazanıb

“Bavariya” Bundesliqanın 30-cu turunda səfərdə “Haydenhaym” ilə qarşılaşıb.

NTV xəbər verir ki, münxenlilər görüşdə ev sahiblərinin qapısından dörd cavabsız top keçiriblər. “Bavariya” fasiləyə qədər üç dəfə fərqlənib. Komandanın heyətində Harri Keyn (12), Konrad Laymer (19) və Kinqsli Koman (36) adlarını tabloya yazdırıblar. Görüşün ikinci hissəsində isə Coşua Kimmix (56) oyunda son nöqtəni qoyub – 4:0.

Bu qələbədən sonra Münxen təmsilçisi xallarının sayını 72-yə çatdırıb. “Haydenhaym”ın aktivində isə 22 xal var.

Turun bu gün oynanılan digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:

“Leyptsiq” – “Holstayn Kiel” – 1:1

“Verder Bremen” – “Boxum” – 1:0

“Frayburq” – “”Hoffenhaym” – 3:2

“Maynts” – “Volfsburq” – 2:2

Union Berlin” – “Ştutqart” – 4:4.

Tura aprelin 20-də keçiriləcək “Auqsburq” – “Ayntraxt Frankfurt”, “Borussiya Dortmund” – “Borussiya Münxenqladbax” və “St Pauli” – “Bayer Leverkuzen” görüşləri ilə yekun vurulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM