satellite   Azerspace-1: 11135 H 30000

Rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi elan edilir

Rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi elan edilir

Sentyabrın 8-dən 10-dək rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi elan edilir.

Bu barədə NTV-yə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 950 yerdən ibarət olub. Onlardan 82 yer ATU-nun Hərbi tibb fakültəsinin məzunları üçün və 40 yer İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının məzunları üçün nəzərdə tutulub.

Artıq əsas yerləşdirmədən sonra qəbul olanların qeydiyyatı başa çatıb. Rezidenturaya qəbul olmuş namizədlərdən 19 nəfər müəyyən olunmuş müddətdə qeydiyyatdan keçmədiyi üçün bu onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilib (bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar).

Boş qalan plan yerlərinə qəbul üçün ixtisas seçimi qəbul qaydalarının 4.1-ci və 4.2-ci bəndləri (bax: “Rezidentura” jurnalı №1, 2026, səh.3) nəzərə alınmaqla onlayn qaydada həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır.

Müsabiqədə iştirak etmək istəyən namizədlər linkə daxil olub ixtisas seçimi edə bilərlər.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM