satellite   Azerspace-1: 11135 H 30000

Ümumi orta təhsil bazasında kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadılıb

Ümumi orta təhsil bazasında kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadılıb

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan şəxslərin qeydiyyat prosesi sentyabrın 2-si saat 18:00-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən NTV-yə bildirilib ki, qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə “my.gov.az” portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.

Müraciət edəcək şəxslərdən aşağıdakı məlumatları nəzərə almaları xahiş olunur:

-Tələbə qəbulu üçün qeydiyyat yalnız “my.gov.az” platforması vasitəsilə aparılır;

-Şəkilsiz köhnə nəsil şəxsiyyət vəsiqəsi olan şəxslər my.gov.az-da qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsini yeniləməlidirlər;

-15 yaşına çatmamış vətəndaşlar my.gov.az-da şəxsi kabinetlərini "SİMA Rəqəmsal İmza" ilə açmalıdırlar.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM