Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçiminin keçiriləcəyi tarixlər açıqlanıb.
Bu barədə NTV-yə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək aparılacaq.
Abituriyentlər müəyyən edilmiş müddətdə elektron ixtisas seçimi ərizəsini dolduraraq müsabiqədə iştirak edə bilərlər.
