satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərinin 5 məzunu Prezident təqaüdünə layiq görülüb

Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərinin 5 məzunu Prezident təqaüdünə layiq görülüb

 

Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərinin 5 məzunu Prezident təqaüdünə layiq  görülüb.

NTV xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin imzaladığı yeni Sərəncama əsasən 2025–2026-cı tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək. 

 

Prezident təqaüdünə layiq görülən tələbələrdən- Naxçıvan Qızlar Liseyinin məzunu Sehrin Cəfərova, Naxçıvan Şəhər 5 nömrəli tam orta məktəbin məzunu Enes Hüseynli, Naxçıvan Şəhər 1 nömrəli tam orta məktəbin məzunu Oruc Rəhimli, Şahbuz Rayon Badamlı Qəsəbə tam orta məktəbin məzunu Səma Hüseynli və Naxçıvan Şəhər 11 nömrəli tam orta məktəbin məzunu Cəmilə Babayeva Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərinin məzunlarıdır.

 

Qeyd edək ki, prezident təqaüdünə layiq görülən məzunların sayı ötən illə müqayisədə 25 faiz artıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM