satellite   Azerspace-1: 11135 H 30000

Maka Boçorişvili: Azərbaycana səfərim ən yüksək səviyyədə keçdi

Maka Boçorişvili: Azərbaycana səfərim ən yüksək səviyyədə keçdi

Gürcüstanın xarici işlər naziri kimi Azərbaycana rəsmi səfərim çərçivəsində Prezident, Baş nazir və parlamentin sədri ilə görüşmək imkanı əldə etdim. Bu da iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun qorunması üçün vacibdir", - deyə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycana səfərinin nəticələrini şərh edərkən bildirib.

O vurğulayıb ki, Gürcüstanla Azərbaycan arasındakı münasibətlər strateji xarakter daşıyır və çox ciddi məzmun ehtiva edir.

“Biz bir sıra istiqamətlərdə əməkdaşlıq edirik. Mütəmadi siyasi dialoqumuz, əməkdaşlığımız bugünkü geosiyasi kontekstdə çox ciddi əhəmiyyət daşıyır. Buna görə də, bugünkü geosiyasi kontekstdə ölkələrimizin və regionumuzun əhəmiyyətini artırmaq üçün qonşu, dost Azərbaycan ilə gündəlik olaraq əməkdaşlığımızı davam etdiririk. İqtisadi istiqamətdə münasibətlər intensivdir, ölkələrimiz arasında müxtəlif sektorlarda əməkdaşlıq aktiv mərhələdədir ki, bu da çox vacib regional təsirə malikdir. Bu istiqamətdə əməkdaşlıq davam edəcək”, - deyə Boçorişvili əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM