satellite   Azerspace-1: 11135 H 30000

Hərracda 18 nəqliyyat vasitəsi satılıb

Hərracda 18 nəqliyyat vasitəsi satılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 24-də keçirilən hərracda 18 nəqliyyat vasitəsi satılıb.

Dövlət Xidmətindən NTV-yə bildirilib ki, hərracda start qiyməti 5000 manat olan “Nio ET 5” markalı avtomobil 18 min manata, ilkin qiyməti 13 min manat olan “Toyota Camry” markalı avtomobil isə 18 min 300 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Qeyd edək ki, nəqliyyat vasitələri üzrə növbəti hərraclar 1, 8, 15 və 22 dekabr tarixlərində keçiriləcək.

Hərraclarda iştirak etmək istəyənlər www.emlak.gov.az və www.auksion.gov.az saytlarından seçim edə bilərlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM