satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin 60 vilayətində keçirilən əməliyyatlarda 280 şübhəli saxlanılıb

Türkiyənin 60 vilayətində keçirilən əməliyyatlarda 280 şübhəli saxlanılıb

Türkiyənin 60 vilayətində mütəşəkkil cinayətkarlıq və qanunsuz silah dövriyyəsinə qarşı keçirilən genişmiqyaslı əməliyyatlar nəticəsində 280 şübhəli saxlanılıb.

NTV  xəbər verir ki, əməliyyatlar ölkənin daxili işlər naziri Mustafa Çiftçinin göstərişi ilə Baş Prokurorluqların koordinasiyasında, Milli Kəşfiyyat Təşkilatı (MİT), Polis Baş İdarəsinin müvafiq qurumlarının birgə iştirakı ilə həyata keçirilib.

Araşdırmalar zamanı şübhəlilərin silahlı hücumlar, obyektlərin atəşə tutulması və yandırılması yolu ilə əhali arasında qorxu və təşviş yaratdıqları, qanunsuz silah alveri ilə məşğul olduqları müəyyən edilib.

Həmçinin onların sosial şəbəkələr və kommunikasiya platformaları vasitəsilə cinayətkar qruplaşmalara yeni üzvlər cəlb etməyə, silahlı hücumlar üçün icraçılar tapmağa və təşkilatların təbliğatını aparmağa çalışdıqları aşkarlanıb.

Əməliyyatlar zamanı çoxlu sayda silah və döyüş sursatı müsadirə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM