satellite   Azerspace-1: 11135 H 30000

Liviya Milli Ordusunun komandanı Ankarada görüşlər keçirir

Liviya Milli Ordusunun komandanı Ankarada görüşlər keçirir

Liviya Milli Ordusunun komandanı, marşal Xəlifə Haftar Ankaraya səfəri çərçivəsində Türkiyənin rəsmi nümayəndə heyəti ilə görüşüb.

NTV  xəbər verir ki, danışıqlarda Türkiyə tərəfindən xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Baş Qərargah rəisi Selçuk Bayraktaroğlu və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın iştirak ediblər.

Liviya nümayəndə heyətinə isə Liviya Milli Ordusunun Baş Qərargah rəisi Xalid Haftar və Liviya İnkişaf və Yenidənqurma Fondunun rəhbəri Bilqasim Haftar daxil olub.

Marşal Xəlifə Haftarın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməsi gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM