satellite   Azerspace-1: 11135 H 30000

Bolqarıstan sahillərində 35 miqrant saxlanılıb, onların arasında uşaqlar da var

Bolqarıstan sahillərində 35 miqrant saxlanılıb, onların arasında uşaqlar da var

Bolqarıstanın Qara dəniz sahilində, Sinemorets kəndi yaxınlığında uşaqların da olduğu 35 miqrant saxlanılıb.

NTV xəbər verir ki, bu barədə Burqas vilayətinin qubernatoru BTA informasiya agentliyinə açıqlamasında məlumat verib.

Bildirilib ki, qayıq yerli vaxtla gecə saat 03:00 radələrində aşkarlanıb və Bolqarıstanın ərazi sularına daxil olduqdan sonra sərhəd polisi tərəfindən izlənilib. Miqrantlar sahilə çatdıqdan sonra quru patrulu tərəfindən saxlanılıblar.

Qubernatorun sözlərinə görə, saxlanılanların hamısına tibbi yardım göstərilib, soyuqdan əziyyət çəkənlərə isti geyimlər verilib, azyaşlı uşaqların qayğısına qalınıb. Daha sonra onlar Tsarevo Sərhəd Polisi İdarəsinə aparılıblar.

Qeyd edək ki, hadisə zamanı qayıq batmayıb, ölən və yaralanan olmayıb. Faktla bağlı araşdırma və prosessual tədbirlər başlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM