satellite   Azerspace-1: 11135 H 30000

Şri-Lankada “Arnab” siklonu ilə əlaqədar qırmızı xəbərdarlıq elan edilib

Şri-Lankada “Arnab” siklonu ilə əlaqədar qırmızı xəbərdarlıq elan edilib

Şri-Lankada Benqal körfəzində güclənən “Arnab” siklonu ilə əlaqədar qırmızı xəbərdarlıq elan edilib.

NTV xəbər verir ki, bu barədə Şri-Lankanın Meteorologiya Departamenti məlumat yayıb. Bildirilib ki, güclü külək və leysan yağışları ölkənin bir sıra bölgələrində təhlükəli hava şəraiti yaradıb. Xəbərdarlığa əsasən, dənizdə küləyin sürəti saatda 80-100 kilometrə, dalğaların hündürlüyü isə 3-4 metrə çatacaq. Balıqçıların və gəmilərin təhlükəli sulardan uzaq durması tövsiyə olunub.

Siklonun yaxın günlərdə daha da güclənəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, Şri-Lankanın bir sıra əyalətlərində güclü yağışlar, torpaq sürüşməsi və daşqın təhlükəsi ilə bağlı xəbərdarlıqlar da verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM