satellite   Azerspace-1: 11135 H 30000

Fransalı rejissorlardan həyəcan təbili: Yeni büdcə layihəsi 400 filmin istehsalını təhlükəyə atır

Fransalı rejissorlardan həyəcan təbili: Yeni büdcə layihəsi 400 filmin istehsalını təhlükəyə atır

Fransanın 170-dən çox kinorejissoru, o cümlədən Jak Odiyar, Jüstin Triye və Emmanuel Marr ölkənin 2027-ci il büdcə layihəsinin milli kinematoqrafiya üçün ciddi təhlükə yaratdığını bildiriblər.

NTV xəbər verir ki, rejissorlar “Le Monde” qəzetindəki birgə məqalələrində parlamentariləri Milli Kino və Animasiya Mərkəzinin (CNC) resurslarını qorumağa və ödənişli televiziya xidmətləri üçün güzəştli ƏDV dərəcəsini saxlamağa çağırıblar.

Müraciət müəllifləri 10 faizlik ƏDV-nin ikiqat artırılmasının 2028–2032-ci illərdə 750 milyon avro itkiyə və 400 filmin çəkilməsinin qarşısının alınmasına səbəb olacağını bildiriblər. Həmçinin “France Télévisions”un büdcəsinin 47 milyon avro azaldılması tənqid olunub.

Vurğulanıb ki, 260 min iş yerini təmin edən Fransa kino sənayesini qorumaq üçün mövcud maliyyə modeli saxlanılmalı, süni intellektin istifadəsi hüquqi çərçivəyə salınmalı və xüsusi kino qanunu qəbul edilməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM