satellite   Azerspace-1: 11135 H 30000

Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir

Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir

Səudiyyə Ərəbistanında keçiriləcək futbol üzrə Asiya çempionatı ilə bağlı hazırlıqlar davam edir.

NTV SPA xəbər agentliyinə istinadla bildirir ki, təşkilat komitəsinin məlumatına görə, 2027-ci il yanvarın 7-dən fevralın 5-dək keçirilməsi planlaşdırılan turnirə hazırlıq işləri Asiya Futbol Konfederasiyası və aidiyyəti qurumlarla koordinasiyalı şəkildə aparılır.

Bildirilib ki, təsdiqlənmiş qrafikə uyğun olaraq idman obyektlərinin və infrastrukturun turnirə hazırlıq səviyyəsi yoxlanılır, eləcə də turnirlə əlaqəli xidmətlərin təşkili yaxşılaşdırılır.

Təşkilat Komitəsi qitəmiqyaslı bu idman tədbirinin uğurla keçirilməsi üçün bütün zəruri imkanların səfərbər olunacağını vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM