satellite   Azerspace-1: 11135 H 30000

“Azərbaycan muğamları” konsert-lektoriyası keçirilib - FOTOLAR

“Azərbaycan muğamları” konsert-lektoriyası keçirilib<font color=red> - FOTOLAR</font> “Azərbaycan muğamları” konsert-lektoriyası keçirilib<font color=red> - FOTOLAR</font> “Azərbaycan muğamları” konsert-lektoriyası keçirilib<font color=red> - FOTOLAR</font> “Azərbaycan muğamları” konsert-lektoriyası keçirilib<font color=red> - FOTOLAR</font> “Azərbaycan muğamları” konsert-lektoriyası keçirilib<font color=red> - FOTOLAR</font> “Azərbaycan muğamları” konsert-lektoriyası keçirilib<font color=red> - FOTOLAR</font> “Azərbaycan muğamları” konsert-lektoriyası keçirilib<font color=red> - FOTOLAR</font> “Azərbaycan muğamları” konsert-lektoriyası keçirilib<font color=red> - FOTOLAR</font> “Azərbaycan muğamları” konsert-lektoriyası keçirilib<font color=red> - FOTOLAR</font> “Azərbaycan muğamları” konsert-lektoriyası keçirilib<font color=red> - FOTOLAR</font> “Azərbaycan muğamları” konsert-lektoriyası keçirilib<font color=red> - FOTOLAR</font> “Azərbaycan muğamları” konsert-lektoriyası keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, oktyabrın 16-da Naxçıvan Dövlət Filarmoniyasında Azərbaycan muğam sənətinə həsr olunmuş “Azərbaycan muğamları” konsert-lektoriyası keçirilib.

Konsert başlamazdan əvvəl aparıcı ölkəmizdə muğam sənətinin tarixi, bu sənətin qorunub yaşadılmasında göstərilən dövlət qayğısından danışıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə mədəni irsimizin yaşadılması, o cümlədən muğam sənətinin inkişafı və dünyada tanıdılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. 

Sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının əməkdaşı, Əməkdar mədəniyyət işçisi, tarzən İmamqulu Əhmədov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, xanəndə Hünər Əliyev və Naxçıvan Dövlət Filarmoniyasının ansambl artisti, kamançaçalan Əfqan Məmmədov muğam sənətinin inkişafında xidmətləri olan sənətkarlardan, bu sənətin yaşadılması və gələcək nəsillərə ötürülməsində onların rolundan danışıblar.

Daha sonra Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Zülfiqar Mahmudov, Prezident mükafatçısı Nərmin Hüseynova, Zamin Vəliyev, Məhərrəm Quliyev, Cavidan Qəhrəmanlı və Bəhruz Quliyevin ifasında “Rast” muğam dəstgahı təqdim olunub. İfa Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının müşayiəti ilə səsləndirilib.

Qeyd edək ki, ansamblın bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti Zeynalabdin Babayev, konsertmeysteri isə Prezident mükafatçısı Əşrəf Behbudovdur.

Konsert-lektoriya muğam sənətinin zəngin ənənələrinin nümayiş etdirilməsi və təbliği baxımından əhəmiyyətli olub, tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM