satellite   Azerspace-1: 11135 H 30000

Qambiya sahillərində miqrant qayığının qəzaya uğraması nəticəsində 12 nəfər ölüb

Qambiya sahillərində miqrant qayığının qəzaya uğraması nəticəsində 12 nəfər ölüb

Qambiyanın Şimal Sahil bölgəsində miqrantları daşıyan qayığın qəzaya uğraması nəticəsində azı 12 nəfər həlak olub.

NTV  xəbər verir ki, bu barədə Qambiya Qırmızı Xaç Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, Cinak Kacata sahillərində baş verən hadisə ilə bağlı itkin düşənlərin sayı hələlik məlum deyil. Qəzanın nə vaxt baş verdiyi və qayıqda neçə nəfərin olduğu açıqlanmayıb.

Məlumata görə, miqrantlar Atlantik okeanı marşrutu ilə hərəkət etməyə çalışıblar.

Bildirilib ki, hazırda Qırmızı Xaç könüllüləri hadisədən zərər çəkənlərə psixoloji dəstək göstərir, qurum isə axtarış və digər tədbirlərin əlaqələndirilməsi üçün aidiyyəti orqanlarla əməkdaşlıq edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM