satellite   Azerspace-1: 11135 H 30000

"Real"ın Vinisiusla bağlı apellyasiya şikayəti rədd edilib

"Real"ın Vinisiusla bağlı apellyasiya şikayəti rədd edilib

İspaniya Kral Futbol Federasiyasının Apellyasiya Komitəsi "Real"ın (Madrid) futbolçusu Vinisius Juniorun 4 oyunluq diskvalifikasiyası ilə bağlı şikayətini rədd edib.

NTV  xəbər verir ki, bu barədə "AS" qəzeti məlumat yayıb.

Madrid təmsilçisi məsələ ilə bağlı İdman İnzibati Tribunalına müraciət edəcək.

Xatırladaq ki, Vinisius İspaniya La Liqasında "Vilyarreal"a qarşı matçda kanadalı yarımmüdafiəçisi Neytan Salibanın saçından tutduğuna görə meydandan qovulub. Braziliyalı futbolçu İspaniya çempionatında 4 oyunluq diskvalifikasiyaya məruz qalıb.

Bu səbəbdən o, oktyabrın 18-də "Sevilya", 1 həftə sonra "Barselona", noyabrın 1-də "Rasinq" və 7-də "Valensiya" ilə oyunları buraxacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM