Yaponiyada Hokkaydo adasından ölkənin mərkəzindəki Tokai bölgəsinədək geniş ərazini əhatə edə biləcək mümkün güclü zəlzələ xəbərdarlığı ləğv edilib.
NTV Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Bildirilib ki, agentlik əvvəlcə Hokkaydo sahillərindəki Çişima adaları yaxınlığında 9,9 bal gücündə zəlzələ ehtimalı ilə bağlı xəbərdarlıq yayıb. Daha sonra ilkin qiymətləndirmənin şişirdildiyi bildirilib.
Agentlik hadisənin səbəblərini araşdırmağa başlayıb.
