satellite   Azerspace-1: 11135 H 30000

Sudanda səhiyyə sisteminin çökmək təhlükəsi ilə üzləşdiyi açıqlanıb

Sudanda səhiyyə sisteminin çökmək təhlükəsi ilə üzləşdiyi açıqlanıb

“Sərhədsiz Həkimlər” təşkilatı Sudanda səhiyyə sisteminin çökmək təhlükəsi ilə üzləşdiyini bildirib.

NTV xəbər verir ki, təşkilatın məlumatına görə, humanitar yardımlar üçün maliyyənin azalması səbəbindən ölkədə bir sıra klinikalar və tibb mərkəzləri bağlanıb. Bu isə fəaliyyətini davam etdirən xəstəxanaların və digər tibb müəssisələrinin yükünü artırıb.

“Sərhədsiz Həkimlər” dünya liderlərini Sudanda əsas tibbi xidmətlərin göstərilməsi üçün maliyyə ayırmağa çağırıb. Təşkilat bildirib ki, BMT-nin Sudan üzrə 2,87 milyard dollarlıq humanitar yardım planının yalnız 41 faizi maliyyələşdirilib.

Təşkilatın Sudan üzrə koordinatoru Məhəmməd İbrahim deyib ki, müharibə ölkədə humanitar ehtiyacları artırır. Lakin maliyyənin azalması göstərilən yardımın həcmini məhdudlaşdırır.

Qeyd edək ki, Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında 2023-cü ilin aprelindən döyüşlər davam edir. Münaqişə ölkədə ciddi humanitar böhrana səbəb olub.

BMT-nin məlumatına görə, 11 milyondan çox insan döyüşlər səbəbindən evlərini tərk edib. Onların bir hissəsi ölkə daxilində başqa ərazilərə köçüb, digərləri isə qonşu ölkələrə sığınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM