satellite   Azerspace-1: 11135 H 30000

Almaniyada elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payı rekord həddə çatıb

Almaniyada elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payı rekord həddə çatıb

Almaniyada elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payı 2026-cı ilin birinci yarısında rekord həddə çatıb. Bu dövrdə ölkədə istehsal edilərək şəbəkəyə ötürülən elektrik enerjisinin 59,1 faizi bərpaolunan enerji mənbələrinin payına düşüb.

NTV xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi (Destatis) məlumat yayıb.

Məlumata görə, bərpaolunan mənbələrdən elektrik istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artaraq 136,4 milyard kilovat-saata çatıb. Ümumi elektrik istehsalı isə 4,5 faiz artaraq 230,6 milyard kilovat-saat olub.

Enerji mənbələri arasında külək enerjisi 12,3 faiz artımla 67,7 milyard kilovat-saata çataraq 29,4 faizlik payla ilk sırada qalıb. Kömürdən enerji istehsalı 0,5 faiz azalaraq 21,4 faiz, Günəş enerjisi 3,5 faiz artaraq 17,8 faiz, təbii qazdan istehsal isə 6,4 faiz artaraq 16,5 faiz paya sahib olub.

Eyni zamanda, elektrik enerjisi idxalı 8,7 faiz azalaraq 34,5 milyard kilovat-saata, ixracı isə 14,9 faiz artaraq 33,9 milyard kilovat-saata düşüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM