satellite   Azerspace-1: 11135 H 30000

Nyu-Yorkda 11 sentyabr terrorundan sonra havanın keyfiyyəti ilə bağlı yeni faktlar üzə çıxıb

Nyu-Yorkda 11 sentyabr terrorundan sonra havanın keyfiyyəti ilə bağlı yeni faktlar üzə çıxıb

2001-ci il sentyabrın 11-də baş vermiş terror aktlarından sonra Nyu-York sakinlərinə uzun illər ərzində şəhərdə havanın keyfiyyəti ilə bağlı yanlış təminatlar verilib. Hadisələrdən bir neçə ay sonra dağılmış binaların ətrafındakı havada hələ də asbest aşkar edilirdi.

NTV xəbər verir ki, 2001-ci il sentyabrın 11-də iki qaçırılmış təyyarənin Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə çırpılması ilə törədilən terror aktları şəhərdə havanın keyfiyyətinə ciddi təsir göstərib. “Nu.nl” portalı yazır ki, terror aktlarından sonra bir neçə ay ərzində hakimiyyət orqanları Nyu-York sakinlərini bu hava ilə nəfəs almağın təhlükəsiz olduğuna inandırıblar.

Lakin çərşənbə axşamı “The New York Times” qəzetinin dərc etdiyi sənədlərə görə, bu narahatlıqlar əsassız olmayıb. Dağılmış Dünya Ticarət Mərkəzindən təxminən 800 metr radiusda havada asbestin miqdarı terror aktlarından on ay sonra da qeydə alınırdı.

Amerika qəzetinin dərc etdiyi təxminən 170 min sənəd uzun illər ərzində şəhər ofisində onlarla qutuda saxlanılıb. Bütün bu müddət ərzində havanın keyfiyyətinin pis olduğunu göstərən sübutlar ictimaiyyət üçün əlçatan olmayıb.

Ötən il şəhər hakimiyyəti bu sənədləri axtarıb tapıb. Mer Zoran Mamdani söz verib ki, Nyu-York şəhərin mərkəzində törədilmiş terror aktlarının 25-ci ildönümünü qeyd edəcəyi bu həftənin sonunadək həmin sənədləri ictimaiyyətə açıqlayacaq. Mer bildirib ki, Nyu-York hökuməti əvvəllər açıqlanmamış, terror aktları ilə bağlı daha çox sənədi növbəti il ərzində dərc edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM