Yaponiya dağıdıcı daşqınlardan zərər çəkən Nepala 3 milyon ABŞ dolları yardım edəcək.
NTV Yaponiya mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Toşimitsu Moteqi açıqlama verib.
Yardım Dünya Ərzaq Proqramı, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası kimi beynəlxalq təşkilatlar vasitəsilə çatdırılacaq.
Qeyd edək ki, avqustun 26-da Nepalın Çin ilə həmsərhəd bölgəsində baş verən daşqın nəticəsində bir neçə kənd, iki ölkə arasındakı sərhəd-keçid məntəqəsi palçıq və qaya axınının altında qalıb.
Son məlumata görə, Nepal tərəfdə 1355 nəfər ölüb, təxminən 5 min nəfər itkin düşüb. Təbii fəlakət nəticəsində Nepalda 7570 fərdi ev, 48 dövlət binası dağılıb, 18 məktəbə ciddi zərər dəyib. Bundan başqa, 55 kilometr uzunluğunda yol tamamilə dağılıb, 37 körpü yararsız hala düşüb.
Çin tərəfdə isə ölənlərin sayı 43-ə çatıb. Təbii fəlakət nəticəsində 519 nəfər itkin düşüb
