satellite   Azerspace-1: 11135 H 30000

Çinin xarici ticarəti 17,6 faiz artıb

Çinin xarici ticarəti 17,6 faiz artıb

Çinin xarici ticarət dövriyyəsi yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə milli valyuta ifadəsində 17,6 faiz artaraq 34,78 trilyon yuana (təxminən 5,18 trilyon ABŞ dolları) çatıb.

NTV xəbər verir ki, bu barədə Çinin Baş Gömrük Administrasiyası məlumat yayıb.

Hesabat dövründə ixrac 14,6 faiz artaraq 20,17 trilyon yuana, idxal isə 22 faiz çoxalaraq 14,61 trilyon yuana çatıb.

Avqustda da xarici ticarət təxminən 20 faiz artıb. Ardıcıl 4-cü aydır ki, həm ixrac, həm idxalda artım müşahidə olunur.

Ümumi daxili məhsulun (ÜDM) dəyərinə görə dünyada ikinci olan Çinin iqtisadiyyatının qlobal iqtisadi-ticari əlaqələrə təsiri olduqca böyükdür. Təsadüfi deyil ki, bir sıra təhlil mərkəzlərinin dünya iqtisadiyyatı ilə bağlı proqnozları Çin iqtisadiyyatının inkişafı və onun xarici ticarət proqnozlarına əsaslanır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM