satellite   Azerspace-1: 11135 H 30000

İlin əvvəlindən 44 ölkə cinayətlərdə təqsirləndirilən 650-dən çox şəxsi Türkiyəyə təhvil verib

İlin əvvəlindən 44 ölkə cinayətlərdə təqsirləndirilən 650-dən çox şəxsi Türkiyəyə təhvil verib

2026-cı ilin yanvar-avqust aylarında 44 ölkə müxtəlif cinayətlərə görə axtarışda olan ümumilikdə 657 şəxsi Türkiyəyə təhvil verib.

Bu barədə NTV Türkiyənin Daxili İşlər Nazirliyinə istinadla xəbər verir.

Qurumun məlumatına görə, son illərdə cinayətkarların Türkiyəyə ekstradisiyasının orta göstəricisi kəskin artıb. 2021-2025-ci illərin ilk 8 ayında Türkiyəyə orta hesabla 100-dən çox axtarışda olan şəxs təhvil verilirdisə, cari ildə bu göstərici 600-ü ötüb. Bu, hüquq-mühafizə orqanları səviyyəsində beynəlxalq əməkdaşlığın fəallaşdığını göstərir.

Türkiyənin Daxili İşlər Nazirliyinin statistikasına əsasən, Ankara ilin əvvəlindən xarici qurumların sorğusu əsasında ümumilikdə 409 axtarışda olan şəxsi 53 dövlətə təhvil verib.

Qeyd edək ki, hazırda Türkiyənin beynəlxalq axtarışa verdiyi 3852 şəxs İnterpolun qırmızı bülletenində yer alır. Onlardan 836-sı terrorçuluqda ittiham olunur. Bununla yanaşı, yalnız cari ilin əvvəlindən Türkiyə hakimiyyəti 860 nəfəri axtarışa verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM