satellite   Azerspace-1: 11135 H 30000

Macarıstanda ağcaqanadlar təhlükəli Qərbi Nil virusunu yayır

Macarıstanda ağcaqanadlar təhlükəli Qərbi Nil virusunu yayır

Macarıstanda Qərbi Nil virusuna yoluxma hadisəsi qeydə alınıb.

NTV xəbər verir ki, Milli İctimai Səhiyyə və Əczaçılıq Mərkəzinin laboratoriya testləri infeksiyanı təsdiqləyib, aparılan araşdırma isə xəstənin xəstələnməzdən əvvəl xaricə səfər etmədiyini, yoluxmanın ölkə daxilində baş verdiyini üzə çıxarıb.

Qeyd olunur ki, virus əsasən quşlar və ağcaqanadlar arasında dövr edir, insan və atlar isə “dalanda qalmış sahiblər” hesab olunur. Yoluxma əksər hallarda simptomsuz keçir, lakin nadir hallarda virus əsəb sistemini zədələyərək ensefalit, meningit və hətta ölümlə nəticələnə bilər.

Avropa Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatına görə, 2025-ci ildə 14 Avropa ölkəsində 1112 yoluxma və 97 ölüm halı qeydə alınıb, ən ağır vəziyyət isə İtaliyada müşahidə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM