Kabardin-Balkar Respublikasının (Rusiya) Bezengi dərəsində baş verən qar uçqunu nəticəsində ölənlərin sayı 7-yə çatıb.
NTV xəbər verir ki, bu barədə "İzvestiya" mənbələrə istinadən məlumat yayıb.
"Kabarda-Balkar Respublikasında verən qar uçqunu nəticəsində 7 nəfər ölüb", - nəşrin həmsöhbəti qeyd edib.
02:13
Kabardin-Balkar Respublikasının (Rusiya) Bezengi dərəsində baş verən qar uçqunu nəticəsində azı iki nəfər ölüb, 10 nəfər itkin düşüb.
NTV-nin xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, xilasedicilər hadisə yerindən üç zərərçəkəni təxliyə ediblər, onlar helikopterlə Nalçikə aparılıb və orada Fəlakət Tibbi Mərkəzinin əməkdaşlarına təhvil verilib.
Ölənlərin meyitinin sabah təxliyə edilməsi planlaşdırılır.
Qeyd edək ki, Mijirqinin yamacında qar uçqunu olub və 15 alpinisti əhatə edib.
